Somali əsilli Kanada vətəndaşı olan 21 yaşlı Əbu Usamah Somali iyul ayından İraqdadır və orada İŞİD sıralarına qoşulub. O, “vice-news”a “Skype” vasitəsi ilə sentyabrın 23-də verdiyi müsahibədə Qərbi müsəlman dünyasına qarşı amansızlıqda ittiham edir.
İsrailin Fələstində törətdiyi vəhşilikləri vurğulayır. Kanada pasportunu cıraraq odun içinə atan bu gənc bildirir ki, kim İŞİD-də qarşı vuruşsa, biz də ona qarşı döyüşəcəyik. Allahın izni ilə ABŞ və Kanadanı məhv edəcəyik.
Jurnalist Şane Smis qeyd edir ki, o, “Skype”a Nyu-Yorkdan qoşulur. Kanadalı gənc isə Mosulda olduğunu bildirir.
Maraqlıdır ki, videoda İŞİD-in təbliğinə həsr olunmuş ərəb dilində olan mahnıdan da istifadə olunub…
Əbu Usamah əvvəlki video müraciətində kafir adlandırdığı ABŞ prezidenti Barak Obamaya müraciət edərək deyir ki, İraq, Suriya və Əlcəzairdən sonra, inşallah, biz sizə doğru gələcəyik.
Jurnalistin Qərbdən nə qədər adam İŞİD-ə qoşulub sualına gənc döyüşçü “10-15” minə qədər deyə cavab verir. Söhbət zamanı o, vurğulayır ki, İŞİD-ə qusulanlar əslində döyüşmək istəmirlər. Onların istəyi odur ki, azad olsunlar, şəriət qanunlarına söykənən dövlətdə yaşasınlar. Ona görə də vuruşmaq zorundadırlar. Müsahibə zamanı gənc Səudiyyə Ərəbistaı, Birləşmiş Ərəb Əmirlikləri kimi Amerikaya sığınan ölkələri tənqid edir.
Söhbətdən o da aydın olur ki, İŞİD tərəfdarları Nyu-Yorka hücum hazırlayırlar.
Sözügedən videonu siz də izləyə bilərsiz.
Musavat.com