Sentyabrın 28-də Xarkov şəhərinin antikommunist fəalları böyük səylər göstərərək ən böyük Lenin heykəlini postamentindən salmağa nail olublar.
Xarkovun mərkəzində, Azadlıq meydanında duran Lenin heykəli vaxtilə SSRİ ərazisində mövcud olan Leninlərin ən böyüklərindən biri idi. Mahnı sədaları altında keçirilən aksiya icazəsiz olub və hətta şikayətlərə əsasən polis də hadisə yerinə yaxınlaşıb.
Böyük izdiham içərisində Xarkov polisini 2 sıravi və bir it təmsil edib. Onlar Lenin heykəlinin minalandığı şikayətini aldıqlarını deyiblər. Vətəndaşın, “bəs heykəli aşırdırlar nə tədbir görəcəksiz?” sualına isə polis “mən hələ ki, belə bir şey görmürəm”.
Heykəl artıq yarım əsrdən artıq idi ki, Xarkovda dururdu və heykəlin aşmasına heç də hamının birmənalı yanaşması sezilmədi, lakin Xarkov fəallarının heykəl aşdıqdan sonra sevinci də daha bir yarım əsri əhatə edəcəyinə də şübhə yoxdur.
Anspress.com