Bir nəfər isə ağır vəziyyətdə reanimasiyadadır
Apanın yerli bürosunun xəbərinə görə, hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasetmə qrupunun üzvləri xüsusi kəsici alətlərdən istifadə edərək deformasiyaya uğramış maşınlardan hələ ki, şəxsiyyəti məlum olmayan 3 qadın və bir kişinin meyitini çıxarıblar.
Hadisə zamanı ağır yaralanan 6 şəxs Ağsu və Göyçay xəstəxanalarına aparılıb. Sonradan yaralılardan 5 nəfəri də dünyasını dəyişib. Hazırda ölən şəxslərdən 6-nın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsində, 3-nün meyiti isə Göyçay rayon şöbəsindədir.
Bir nəfər yaralı isə ağır vəziyyətdə Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.