Bundan sonra Türkiyə istehsalı olan məhsulların üstündə “made in Turkey” yazısı olmayacaq.
ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, Türkiyənin yeni ticari loqosunu prezident Rəcəb Tayyib Ərdoğan təqdim edib.
“Türkiyə İxracatçılar Məclisi”nin keçirdiyi forumda iştirak edən Ərdoğan, bundan sonra Türkiyə isyehsalı olan məhsulların üzərində həmin loqonun olacağını deyib.
Qeyd edək ki, xüsusi dizaynla yazılmış sadəcə Türkiyə yazısından ibarət loqonun altında isə “Potensialı kəşf et” (Discover the pontential) yazılacaq.