FaktXəbər-in verdiyi məlumata görə, xilasedicilər Ontake vulkanının püskürməsindən sonra itkin düşən 31 alpinistin cəsədini tapıblar. Məlumata görə, onların əksəriyyəti dizə qədər hündürlükdə kül qatının içində yanaraq ölüb.
İlkin baxışdan sonra alpinistlərin ürəklərinin döyünmədiyi və nəfəslərinin dayandığı görünüb. Lakin Yaponiya qanunlarına görə ancaq tibbi müayinədən sonra rəsmi məlumat verilir.
Qeyd edək ki, təbii fəlakət zamanı Ontakedə olan 250 nəfər turist və alpinistin çoxu evakuasiya edilib.
Şahidlərin sözlərinə görə vulkan daşları dolu kimi yağırdı: «Nəfəs almaq çox çətin idi. Biz üzümüzü dəsmalla örtmüşdük. Gözləri açmaq mümkün deyildi».
Digər şahidin sözlərinə görə, vulkan külü o qədər sürətlə hərəkət edirdi ki, qaça bilmirdi:«Orada olanlara görə çox narahatam»
Məlumata görə, 50 nəfər vulkan qayalıqlarında gecələməli olub.