Biznes-ledi Ruhi Əliyeva ona qarşı olan qısqanclıqlardan danışıb.
Bu haqda biznes-ledi “Dəb siz” layihəsinin təqdimatı zamanı söhbət açıb:
“Hər kəs hər kəsi qəbul edə bilməz, hər kəs hər kəsin dediyi sözü uda bilməz. Mən hamıya hörmətlə yanaşıram. Bəzi sənətçilərin məni qəbul etməmələrini anlamadım. Amma yaxşı ki, qəbul etmədilər. Mən sənətçi, sənətkar deyiləm, Sadəcə olaraq Ruhiyəm. Bu aləmdə jurnalistlər bizi qaldırır və ya yerə vurur. Hər kəs qarşısındakına hörmət etməlidir. Mənim haqqımda o qədər pis yazılar yazıblar ki, oxuyub hönkür-hönkür ağlamışam. Ağlayıb özümə sual verirdim ki, bunlar məni bu gözlə görürlər? Özümü belə tanıtmışam? İnsanların daxilinə toxunmaq olmaz. Mən işçilərimə söz deyəndə səhərə qədər yata bilmirəm ki, görəsən, ürəyinə saldı. Tanınmış adam haqda yalan yazmaq tərbiyəsizlikdir. Deyirdilər ki, Ruhi oxuya bilmir. Cavab verirdim ki, düz deyirlər. İşimi tənqid edə bilərlər, amma mənəviyyatıma toxuna bilməzlər”.
Qafqazinfo.az