Sabunçu rayonunda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə şəhər şosesində qeydə alınıb. Elçin Alıyev idarə etdiyi “VAZ-2102” markalı avtomobillə Maştağa istiqamətində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında dayanan “KamAZ” a arxadan çırpılıb. Nəticədə avtomobildə olan sürücü və 3 sərnişin aldıqları xəsarətdən hadisə yerindəcə ölüblər.
Hadisə yerinə dərhal FHN-in xilasediciləri, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları və təcili yardım briqadası cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobildən cəsədləri çıxararaq aidiyyatı üzrə təhvil veriblər.
Hadisənin səbəbinə gəldikdə isə ilkin ehtimal olaraq “VAZ-2102” avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozması və yüksək sürət göstərilir.