Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına yekun vurulub.
Qol.Az-ın məlumatına görə, son oyun günündə daha 8 qarşılaşma keçirilib.
A qrupunda Madridin “Atletiko” klubu öz meydanında “Yuventus”u qəbul edib. Meydan sahibləri Arda Turanın yeganə qolu ilə qalib gəlib. Qrupun digər oyununda “Olimpiakos” “Malmö”nün qonağı olub və rəqibinə 0:2 hesabı ilə uduzub.
B qrupunda “”Bazel” “Liverpul”u (1:0), Madrid “Real”ı isə “Ludoqorotes”i (2:1) məğlub edib.
C qrupunda “Zenit” doğma meydanda “”Monako” ilə qarşılaşıb. Görüş qolsuz sülhlə bitib. Qrupun digər matçında isə “Bayer” (Leverkuzen) “Benfika” ilə üz-üzə gəlib. Almanlar rəqibini 3:1 hesabı ilə məğlub edib. .
Azərbaycanlı azarkeşlərin də böyük maraqla gözlədiyi oyun D qrupunda keçirilib. Burada “Arsenal” “Qalatasaray”ı qəbul edib. Qarşılaşma London klubunun böyükhesablı qələbəsi ilə başa çatıb – 4:1 . Qrupun digər matçında isə “Bosussiya” (Dortmund) səfərdə “Anderlext” 3:0 hesabı ilə məğlub edib.