İŞİD-in Suriyada kürdlər yaşayan Kobani şəhərini ələ keçirməsindən və Türkiyə sərhədlərinə dirənməsindən sonra istər Türkiyədə, istərsə də NATO dairələrində əndişə artıb. Hesab olunur ki, Türkiyənin İŞİD-ə qarşı hərbi əməliyyatlara qoşulmaq barədə qərar verməsi ilə bağlı olaraq terror qrupu qisas aksiyalarına başlayacaq və Türkiyənin sərhəd kənd və qəsəbələri üçün təhlükə yaradacaq.
Bununla əlaqədar NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib ki, əgər belə bir təhlükə ciddiləşərsə, NATO öz nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq vəziyyətə müdaxiılə edəcək.
Qeyd edək ki, həmin maddə NATO üzvü olan ölkələrin hər hansı birinin ərazisinə hərbi müdaxilə olduqları təqdirdə digər üzvlərin məsələyə qarışmasını nəzərdə tutur.