Xalq artisti Brilliant Dadaşova Qurban bayramı günlərində sevənlərini yeni kliplə sevindirib.
ANS PRESS-in məlumatına görə, müğənni çoxdan gözlənilən “Səndən ayrı” mahnısına çəkdirdiyi klipi təqdim edib.
Sözləri və musiqisi iş adamı Tural Bayraməliyevə aid olan mahnıya klip Maldiv adalarında “Caspian Media” şırkəti tərəfindən çəkilib. Videoda müğənninin imici üzərində stilist Ruxa Əliyeva çalışıb.