İŞİD-in Suriyanın kürdlər yaşayan şəhəri Kobanini ələ keçirməsindən sonra, Türkiyənin qaçqınlara sığınacaq verməsinə baxmayaraq bəzi kürd qrupların sərhədi qaçaq yolla keçməsi rəsmi Ankaranın məsələyə müdaxilə etməsi ilə nəticələnib.
Avropa.info xəbər verir ki, Türkiyənin qaçaqçı kürd qruplara qarşı gücdən istifadə etməsi, PKK-nın siyası qolu olan HDP-nin başqanı Səlahəddin Demirtaşın etirazına səbəb olub. Demirtaş tvitter hesabında yazdığı statusunda, hətta Türkiyənin ölkəyə qanunsuz yollarla keçmək istəyən və əksər hallarda İŞİD-dən qaçan PKK-çılardan obarət qruplara qarşı gücdən istifadəni Azərbaycanla müqayisə etməkdən belə çəkinməyib.
“Kobani deyil, Azərbaycan olsaydı, türk xalqı da sərhədə yığılsaydı ( azərbaycanlıları nəzərdə tutur : red) hökumət oradakı türkləri qaz silahları ilə dağıdardımı?”
Qeyd edək ki, Kobaniyədə İŞİD-in qarşısından qaçan PKK-çılar Türkiyə ərazisinə daxil olaraq bəzi şəhərlərdə iğtişaş törətməyə cəhdlər ediblər.
Avropa.info Demirtaşın statusunu təqdim edir: