“Santos”dan “Barselona”ya keçən Neymarın transferində daha bir şok iddia ortaya çıxıb.
Apasport.az saytının məlumatına görə, braziliyalı jurnalist Rodriqo Mattos Kataloniya klubunun “sambaçı” ilə 2011-ci ilin noyabrında razılığa gəldiyini bildirib.
Mattos iddia edir ki, bununla bağlı rəsmi sənədlər tapıb. Razılaşmada göstərilib ki, hücumçu kataloniyalılara 2014-cü ilin yayında “Santos”la müqavilənin başa çatmasından sonra keçəcək. Ancaq bu planları təkrar gözdən keçirmək lazım olub ki, Neymar da müqavilədən əvvəl “Barselona”ya transfer olmaq məcburiyyətində qalıb.
Bu keçidin qarşılığında Braziliya klubu İspaniya nəhəngindən 17 milyon avro alıb və 40 milyon avro isə futbolçunun atasına aid olan şirkətə çatıb.
Qeyd edək ki, daha əvvəl bununla əlaqədar olaraq “Barselona”nın sabiq prezidenti Sandro Rosselə transfer vergi ödənişindən boyun qaçırmaqda ittiham irəli sürülmüşdü.