Ağcabədi rayonunda tapılan qızın meyiti ilə bağlı maraqlı məlumat əldə olunub.
“Qafqazinfo” xəbər verir ki, qızın meyiti bu gün səhər rayonun Cəfərbəyli kəndi ərazisindən keçən kanalın kənarında tapılıb. Əldə etdiyimiz məlumata görə, Gəncə şəhər Sevinc qəsəbəsinin sakini olan 1998-ci il təvəllüdlü Əliyeva Səltənət Mədət qızı həmyerlisi 1993-cü il təvəllüdlü Qasımov Aydın Əbülfət oğlu tərəfindən qaçırılıb. Qaçırılma qızın özünün razılığı ilə olub. Onlar bu gün səhər saatlarında Ağcabədi rayonunun Cəfərbəyli kəndinin girişində maşından düşərək oğlanın kənddə yaşayan dayısıgilə gediblər.
Belə ki, yolda olarkən qızın anası oğlana zəng edib və onu təhqir edib. Bu zaman oğlanla qız arasında mübahisə yaranıb. Nəticədə oğlan qızı boğaraq kanala atıb.
Cinayəti törədən şəxs artıq həbs olunub.