“Mənim qazancım yalnız toylardan gəlir. Atam rəhmətə gedib, anam isə evdar qadındır. Anamın da o qədər pulu yoxdur ki, mənə sponsorluq etsin”.
Bunu “Kaspi” qəzetinə müsahibəsində gənc müğənni Sevinc Ağaşirinova deyib. O, bildirib ki, həyat yoldaşının gəliri çox azdır və qazancı ancaq özümüzə çatır: “Yoldaşımın mənə öz yaradıcılığımı davam etdirməyim üçün icazə verib. O mənə mənəvi dayaqdır. Bunun özü böyük bir şeydir. Yoldaşım mənə çox etibar edir. Maddi baxımdan o qədər dəstək ola bilməsə də, mənəvi baxımdan mənə çox dəstək olur. Müğənnilər hər zaman göz qabağında olur. Tamaşaçılar elə bilir ki, müğənni nə istəsə o dəqiqə hər şey onun üçün hazır olur. Ancaq bu, yanlış düşüncədir. Bu gün dünyada və eləcə də Azərbaycanda bütün məşhur müğənnilər böyük əziyyət çəkərək həmin o zirvəyə yüksəliblər. O zirvəyə çatmaq üçün o qədər əziyyət çəkiblər ki, onların qazandıqlarından çox itirdikləri olub. Ona görə də müğənnilərin mənəvi cəhətdən çox rahatlıq tapmalarına ehtiyacları var”.
http://s015.radikal.ru/i331/1410/41/90cec681c086.jpg
http://s017.radikal.ru/i424/1410/48/3efd74ebe1cf.jpg
http://s017.radikal.ru/i434/1410/45/f589d1932ffb.jpg