Şimalı Koreya lideri Kim Çen In Əmək Partiyasının yaradımasının 69-cu ildönümü ilə bağlı tədbirlərə qatılmayıb.
AzVision.az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.
Dünya mediası Şimali Koreya lideri haqda müxtəlif iddialar yayıb.
İtaliya KİV-ləri xəbər yayıblar ki, Pxenyanda dövlət çevrilişinə cəhd olub. Dövlət çevrilişi zamanı Kim Çen Inın həbs və ya öldürüldüyü bildirilir.
Bəzi məlumatlara görə, Şimali Koreyada hakimiyyətə Kim Çen Inın bacısı – 27 yaşlı Kim E Çjon gətirilib.