“Yetenek Sizsiniz Türkiye” yarışmasının növbəti buraxılışı səs-küyə səbəb olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müsabiqədə 4-5 yaşlı qızla oğlanın rəqs şousu proqramın rəhbəri Acun İlıcalının tənqid edilməsinə gətirib çıxıb.
Belə ki, uşaqların yaşlarına uyğun olmayan davranışları və 4 qız atası Acunun onların hərəkətlərinə irad tutmaması mediada ciddi müzakirələr yaradıb.
Balaca qızın göbəyiaçıq libası, mini ətəyi və dikdaban ayaqqabıları, yeniyetmə kimi rəftarı münsiflər tərəfindən bəyənilsə də, onların balacaların bu cür performansına yaşlarına uyğun olmadığı üçün heç bir irad bildirməməsi mənfi qarşılanıb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.