“Karmen” tamaşası mənim həyatımı dəyişdi. BP şirkətindəki bayram tədbirində “Karmen” əsərindəki “Xabanera” hissəsini ifa etdim. Bu tamaşadan sonra gələcək həyat yoldaşım mənə yaxınlaşdı, mənimlə tanış oldu”.
Bu sözləri Day.Az saytına müsahibəsində Azərbaycanın əməkdar atristi Fidan Hacıyeva deyib.
“Səhəri gün teatrda “Arşın mal alan” tamaşası səhnəyə qoyulmuşdu. Mən də Asyanın partiyasını ifa edirdi. O gəldi və əlbəttə ki, heç nə anlamadı – tamaşa Azərbaycan dilində idi. Dostundan xahiş elədi ki, mənim oxuduqlarımı tərcümə eləsin və həmin tərcüməni məktub şəklində mənə verdi. Onun inadkarlığı mənə toxunmuşdu. Beləliklə bizim dostluğumuz yarandı”, – o əlavə edib.
Müsahibənin tam mətnini bu keçiddə rus dilində oxuya bilərsiniz.