Rəqqasə Oksana Rəsulova Hindistanın ən məşhur müsabiqələrindən
birində qalibiyyət qazandıqdan sonra növbəti uğurlu hadisəyə imza atmağa
hazırlaşır.
Bu barədə Aktual.az-a məlumat verən Oksana deyib ki, onun
Hindistan layihəsi bu qələbə ilə yekunlaşmayacaq: “Yenidən Hindistana qayıtmağa
hazırlaşıram. Orada məni gözəl bir layihə gözləyir. Hələlik, bu barədə heç nə
danışmayacağam. Çünki müsabiqədən əvvəl də filmə çəkiləcəyim barədə məlumat
vermişdim. Lakin təklif qeyri-ciddi olduğu üçün layihə gerçəkləşmədi. Buna görə
də ətraflı danışmağa tələsmirəm”.
Oksana, hazırda, həyatından məmnun olduğunu deyib: “ Müsabiqədəki
qələbədən sonra elə insanlardan təbrik aldım ki, yuxu kimidir, lakin mənə o zəng
gəldi! Bu təbriklər daha da irəli getməyim üçün stimuldur”.