`O, İŞİD bayrağı qaldırmayıb, günahsız insandır…`
Milli Şuranın 12 oktyabr mitinqində İŞİD bayrağını qaldıran Ramin Quliyevin Əbu-Bəkir məscidinin imamı Qamət Süleymanovun qayını olması haqda xəbər vermişdik.
Azərbaycan sələfi təriqətinin lideri kimi tanınan Q.Süleymanov yenidən bu məsələyə aydınlıq gətirərək R.Quliyevin günahsız olduğunu bildirib.
AzVision.az-a açıqlamasında Qamət Süleymanov qaynının İŞİD-çi kimi təqdim edilməsinin doğru olmadığını deyib.
“Sadəcə görüb ki, yerdə bayraq var və üstündə Allahın adı yazılıb. Əyilib və onu götürüb. Buna görə saxlayıblar və araşdırıblar ki, heç bir günahı yoxdu və buraxıblar. Ramil Quliyev müsəlmandı və namaz qılır. Qaldı ki, hansısa nümayiş edib və İŞİD-lə bağlı bayraq qalıdırıb, bunlar hamısı səhv məlumatdı. Bundan istifadə edib bu məsələni başqa yerə istiqamətləndirmək səhv hərəkətdi. Adamın bu məsələdə hallanması özümə qəribə gəlir. Belə düşünürəm ki, bu mövzudan istifadə edirlər”.
Qeyd edək ki, Ramil Quliyev bayrağı ona tanımadığı bir şəxsin verdiyini demişdi. Həmçinin bildirib ki, sələfi təriqətinə görə, hakimiyyətə qarşı çıxmaq, mitinqlərə qatılmaq haram sayılır.