Azərbaycan ATƏT-in Minsk qrupundan ölkəmizin işğal edilmiş Kəlbəcər rayonunda saxlanılmış iki nəfərin tezliklə qaytarılması məsələsini həll etməyi tələb edib. Modern.azsaytı Trend-ə istinadən xəbər veri ki, bunu çərşənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov keçirdiyi brifinqdə deyib.
Nazir qeyd edib ki, bu cür tələbi Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə irəli sürüb: “Onlar diversant deyil, mülki vətəndaşlardır və Ermənistan onları azad etməlidir”.
Minsk qrupunun həmsədrləri regionda səfərdədirlər.
Modern.az saytı xatırladır ki, bu il iyulun 11-də erməni xüsusi təyinatlıları Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna gedən üç mülki azərbaycanlıdan birini – Cəbrayıl köçkünü Həsən Həsənovu öldürüb, kəlbəcərlilər Şahbaz Quliyev və Dilqəm Əsgərovu isə girov götürüblər. Sonuncu iki azərbaycanlı barədə cinayət işi açan ermənilər qondarma ittihamlarla onları mühakimə etməyə hazırlaşır.