Türkiyənin İsparta vilayətində mərmər mədənlərindən biri çöküb.
“Hürriyet” qəzetinin verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Hazırda onların sayı dəqiqləşdirilir. Qəzet yazır ki, hadisə yerində xilasedicilər işləyirlər (“Trend”).
Qeyd edək ki, bu ilin mayında da Türkiyənin Soma daş kömür mədənində çökmə olmuş, nəticədə yüzlərlə mədənçi ölmüşdü.