“Qərb ölkələri tərəfindən Moskvaya qarşı tətbiq edilən sanksiyalar Rusiya beznes mühitinə mənfi təsir edir. Sanksiyalar həmişə pisdir. Bizim fəal olduğumuz beynəlxalq müqavilələr üzrə ödənişlər çətinləşdi”. Modern.az saytının məlumatına görə bunu azərbaycanlı milyarder, “Crocus Group” şirkətlər qrupunun prezidenti Araz Ağalarov “Vestnik Kavkaza” portalına açıqlamasında deyib. Onun sözlərinə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra dolların kursunun qalxması qorxulara səbəb olur. Araz Ağalarov bildirib ki, Rusiya rublunun aşağı düşməsi valyuta bazarına əlavə təzyiqdir. “Bu, iqtisadiyyata da kömək etmir”,-deyə şirkət rəhbəri qeyd edib.
Araz Ağalarov sanksiyaların tətbiqinin Rusiyada avtarkiyaya (yəni, digər dövlətlərlə mübadilənin minimuma endirildiyi qapalı iqtisadi sistem, bu həm də idxal olmadan daxili bazarın formalaşdırılması deməkdir -red) gətirib çıxaracağı fikrinə şübhə ilə yanaşdığını deyib.
Biznesmenin fikrincə, əmək korperasiyasının beynəlxalq bölməsinin çoxdan yarandığından o, istənilən müasir iqtisadiyyatın ayrılmaz tərkib hissəsidir. “Hər şeyi müstəqil istehsal etmək icrası mümkün olmayan məsələdir. Məsələn ABŞ “Boeing”i istehsal edərkən Kanadan şassi, Böyük Britaniydan mühərrik , başqalarından isə təkərlər alır. Yəni bu gün məhsullar bütün dünya ilə birgə hazırlanır”.
Qeyd edək ki, Rusiyanın Ukrayna ilə bağlı məsələdə tutduğu işğalçılıq mövqeyindən sonra Qərb dairələri Moskvaya sanksiyalar tətbiq edib.