“Mən daha Müsavat Partiyasının üzvü deyiləm”. Bunu AzNews.az-a Müsavat Partiyasının divan üzvü, Müsavatın Tovuz rayon təşkilatının üzvü Tofiq Hüseynli (“Qara Tofiq”) bildirib.
Müsavat Partiyasının Tovuz rayon təşkilatının keçirdiyi iclasda iştirak edən Qara Tofiq deyib ki, həyatının ən gözəl anlarını sərf etdiyi bir partiyanın daha üzvü deyil.
“Artıq istefa verdim. Nə etmək olar, bu da bir qismətdir. Belə yazılıbmış”, – deyə “Qara Tofiq” vurğulayıb.
Modern.az-ın məlumatına görə, Tofiq Hüseynli AXC hakimiyyəti dövründə kənd təsərrüfatı naziri işləyib. Onun üzvü olduğu Müsavatın Tovuz rayon təşkilatı son başqanlıq seçkisindən sonra partiya daxilində yaranmış ikitirəliyə etiraz əlaməti olaraq dünən tam tərkibdə Müsavatdan istefa verib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.