Türkiyənin Denizli vilayətindəki Acıpayam rayonunun sakini, 25 yaşlı S.Y.H. depressiyaya qapılaraq intihar etməyə çalışıb.
O, bir müddət əvvəl qətlə yetirilmiş böyük qardaşının məzarı üstünə gedərək üzərinə bir bidon benzin töküb, sonra isə od vurub.
Vücudunun əksər hissəsi yanmış S.Y.H. təcili yardımla xəstəxanaya aparılıb.
Milli.Az AHT-yə istinadən bildirir ki, olay bu gün səhər saatlarında baş verib.
Polisdən verilən məlumata görə, qız özünə od vurmazdan iki saat əvvəl Facebook-dakı profilində yazıbmış: “Sənin Tuğce, Tuğban, Tuncayın var. Olmadı, qardaş! Bu nə dərddir, acıdır belə?! Ölümü sənə yaraşdıran pərişan olsun! Canımızı yandırdılar, canları yansın! Mən səni çox gözlədim, qardaş! Qalx, mən yatım orada!”
http://s016.radikal.ru/i335/1410/ef/dfa050969859.jpg
http://s015.radikal.ru/i330/1410/90/57d722644264.jpg
http://s017.radikal.ru/i441/1410/f8/250648a4f0e3.jpg
http://s015.radikal.ru/i332/1410/c5/367c92d60d81.jpg