Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Berti Foqtsun milli komandamızın baş məşqçisi vəzifısindən istefa verməsinə münasibət bildirib.
Qol.Az saytına açıqlamasında o, almaniyalı mütəxəssisin vəzifəsindən getməsini normal qarşıladığını deyib:
“Foqts getməli idi və getdi. Əgər AFFA rəhbərliyi belə qərar veribsə, deməli, Foqtsun gedişi yaxşı oldu”.
R.Musayev daha sonra deyib: “Hələ bir neçə il əvvəl demişdim ki, Foqts qaranquş kimidir, payız gələndə gedəcək. Gördüyünüz kimi, payız gələndə Foqts da getdi”.