Hacıqabul rayonu Pirsaat qəsəbəsi ərazisində 50 BE 777 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobil idarəetməni itirərək elektrik dirəyinə çırpılıb.
Nəticədə dirək avtomobilin üstünə aşıb. Hadisə zamanı avtomobil elektrik naqillərdən alovlanıb.
Hadisə nəticəsində avtomobildə olan ər-arvad yanaraq ölüb.
Ölən şəxslərin kimliyi müəyyənləşdirilib. Onlar, 1955-ci il təvəllüdlü Abdullayev Ayət Həsən oğlu və 1960-cı il təvəllüdlü Avdullayeva Seyranədir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
Fövqəladə Hallar Nazirliyi Hacıqabul rayonunda ər-arvadın bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı məlumat yayıb.
Hacıqabul rayonu, Pirsaat qəsəbəsində vətəndaşa məxsus VAZ markalı minik avtomobilinin üzərinə yüksək gərginlikli elektrik xəttinin düşməsi nəticəsində yanğın hadisəsi baş verib. Nəticədə avtomobilin yanar hissələri yanmış və avtomobildə olan sürücü 1955-ci il təvəllüdlü Abdullayev Ayət Həsən oğlu və sərnişin 1960-cı il təvəllüdlü Abdullayeva Seyranə Əli qızı yanıq xəsarətlərindən hadisə yerində vəfat ediblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 18:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Apa.az