Hüquq müdafiəçisi Həsən Hüseynli İlham Əliyevin 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.
AzNews.az APA-ya istinadən xəbər verir ki, H. Hüseynlini Penitensiar Xidmətin Müalicə Müəssisəsinin qarşısında yaxınları qarşılayıb.
Qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 17-də bir qrup məhkumun əfv olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncam ümumilikdə 84 nəfərə şamil edilib. Onların arasında “Nida” Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev və Elsevər Mürsəlli də var.
http://i067.radikal.ru/1410/c1/5324eace041f.jpg
http://s019.radikal.ru/i643/1410/42/354812843e8d.jpg
http://s04.radikal.ru/i177/1410/98/22397aec5264.jpg