“Eybar”la oyunda “Barselona”nın lideri Lionel Messi baş məşqçiyə qarşı hörmətsizlik edib.
Baş məşqçi Luis Enrike qarşılaşmanın 76-cı dəqiqəsində Messinin yerinə meydana Munir Əl-Haddadini buraxmaq istəyib. Həmin vaxt hesab 3:0 olub.
Ancaq Messi meydandan çıxmaq istəməyib. Əlacsız qalan Enrike onun yerinə meydandan Neymarı çıxarıb.
Messi bu oyunda bir qol vurub. Bu, onun İspaniya çempionatında 250-ci qolu olub. Argentinalını “Atletiko”nun əfsanəvi futbolçusu Telmo Sarrının rekordundan cəmi bir qol ayırır
Komanda.az