Yeni ailə quran “Eurovision-2014” təmsilçimiz Dilarə Kazımova şəxsi həyatından danışıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, evlilik həyatından çox məmnundur: “Bir çoxları hesab edirlər ki, həyat yoldaşımla tanışlığım “Eurovison” müsabiqəsindən sonra olub. Amma bu belə deyil. Bizim tanışlığımız müsabiqədən öncə olub. Çox xoşbəxtəm. Həyat yoldaşım mənim yaradıcılıq işlərimə mane olmur. Əksinə, mənə dəstəkdir”.
Müğənni yeni şəkillərini “İnstagram” səhifəsinə yerləşdirib. İfaçının yeni şəkilləri sosial şəbəkədə maraqla qarşılanıb.
Qeyd edək ki, D.Kazımovanın toyu bu ilin sentyabrın 20-də paytaxt məkanlarının birində olmuşdu.