Almaniya kəşfiyyatı müəyyən edib ki, Qərbin sanksiyalarına dözmək üçün Rusiyanın 4 il ehtiyatı var. musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, alman kəşfiyyat xidməti hesablayıb ki, bu ili sentyabrında Rusiyanın pul ehtiyatı 22 trilyon 622 milyard rubl təşkil edib ki, bu da 619 milyard dollara bərabərdir. Öz növbəsində bu rəqəm də cari il üçün dövlət məsrəflərini 162%-i deməkdir.
“Hazırda Rusiyanın dövlət borcu cəmi 13%-dir. Deməli, Rusiya dövlət müflisləşməsini elan eləmədən hələ 4 il də duruş gətirə bilər”, – deyə kəşfiyyatçılar qeyd edirlər.
Az öncə KİV-lər oktyabrın əvvəli üçün Rusiyanın valyuta ehtiyatının 455 milyarda yaxın olduğunu yazmışdılar. Bu vəsaitlərin bir hissəsi rublun kursunun sürətlə eməsini saxlamaq üçün istifadə edilir.