Bakı Bələdiyyə Teatrının direktoru, xalq artisti Amaliya Pənahova sosial şəbəkələrdə yayımlanan mini geyimində olan fotolarına aydınlıq gətirib.
“Burda bir qəbahət var? O şəkilləri “Furror” jurnalı üçün çəkdirmişəm. Mən sosial şəbəkələrdə varam, səhifəm var, amma mənim vaxtım yoxdur ki, ora tez-tez baxam. Bu işlə köməkçim məşğuldur”.
Qısa ətəkdə göz oxşayan aktrisa AzNews.az-a şəkillərlə bağlı bunları əlavə edib: “Mən sənətkaram, səhnədəyəm. Səhnə isə gözəllik tələb edir. Aktrisa həmişə görkəmdə olmağı bacarmalıdır”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.