Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçirilməsinin vaxtı müəyyən olunub. AzVision.az xəbər verir ki, növbəti bələdiyyə seçkiləri dekabr ayının 23-də keçiriləcək. Bu barədə məlumat bu gün Mərkəzi Seçki Komissiyasının keçirilən iclasında qəbul olunub.
Xatırladaq ki, Seçki Məcəlləsinə əsasən bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir. Qanunla seçki səsvermə gününə azı 60 gün qalmış elan olunmalıdır. Azərbaycanda son bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib. Bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər. Onların səlahiyyət müddəti 5 ildir.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.