Azərbaycan həkimlərinin də daxil olduğu beynəlxalq orqan mafiyasının izinə düşülüb. Belə ki, Ukrayna hüquq mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat zamanı qruplaşmasının iki üzvü ələ keçirilib.
FaktXəbər-in məlumatına görə, bildirilir ki, qruplaşma üzvləri imkansız ailələrlə əlaqədar daha böyük işlər həyata keçirblər. Belə ki, onlar, imkansızları aldadaraq qanunsuz orqan əməliyyatlarının keçirilməsi üçün Asiya və Latın Amerikası ölkələrinə göndəriblər. 2010-2014-cü illər ərzində onlar Ukrayna, Azərbaycan, Litva və Rusiya Federasiyasından olan 50-yə yaxın insanı əməliyyata sövq ediblər.
Saxlanınanlara “insan alveri və ya insanla bağlı digər qanunsuz sövdələşmə” maddəsi ilə iş açılıb.
İsitintaqın məlumatına görə keçirilən 25 qanunsuz əməliyyatlardan 15-i Azərbaycanda yerli həkimlər tərəfindən, digərləri isə Ekvador və Kosovoda keçirib.