FaktXəbər-in verdiyi məlumata görə , BMT əməkdaşı Syerra Leonada Ebola qızdırmasından dünyasını dəyişib. Məlumat Baş Katibin rəsmi nümayəndəsi Stefan Düjjarik tərəfindən yayılıb. Onun sözlərinə görə, mərhum ötən bazar dünyasını dəyişib, həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib. Həlak olan şəxs Syerra Leona vətəndaşı olub.
Dyüjarrik təşkilatın personalınının müdafiəsi üçün hazırda mümkün olan bütün tədbirlər həyata keçirilir, həmçinin xəstənin yerləşdiyi klinikanın dezinfesksiyasına başlanılıb, kontaktda olduğu insanların siyahısı hazırlanır.
Bu təşkilatın artıq üçüncü əməkdaşıdır ki, virus nəticəsində dünyasını dəyişib. Buna qədər Liberiyada BMT-nin daha iki əməkdaşı eboladan həlak olmuşdu.
Son məlumatlara görə, qızdırmanın qürbanlarının sayı 4546 nəfərə qədər yüksəlib. Yoluxanların sayı isə 9191 nəfər göstərilir. Ən təhlükəli bölgələr Liberiya, Qvineya və Syera-Leona sayılır.