“Show TV”-də yayımlanan “Bu tarz benim” proqramının budəfəki buraxılışında da maraqlı anlar yaşanıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarışmanın münsif kürsüsündə əyləşən serbiyalı modelyer İvana Sərt müğənni Mustafa Topaloğlu ilə birlikdə rəqs şousu nümayiş etdirib.
Qeyd edək ki, İ.Sərtin daha əvvəl də “Pişik qadın” rəqsi tamaşaçılar tərəfindən çox bəyənilmişdi.
Dəb yarışmasının münsif kürsüsündə İvana Sərt, Kamal Doğulu və Nur Yerlitaş əyləşir.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.