“İstintaq zamanı müəyyənləşib ki, qartəmizləyən maşının sürücüsü alkoqolun təsiri altında olub”, – deyə V. Markin söyləyib. O, hava limanının bəzi işçilərinin də istintaqa cəlb olunacağını deyib.
Xatırladaq ki, oktyabrın 21-nə keçən gecə Moskvanın “Vnukovo-3” hava limanında “Falkon-300” tipli kiçik mühərrikli 4 nəfərlik təyyarə uçuş zolağında qartəmizləyən maşınla toqquşub. Nəticədə təyyarə aşıb və yanıb. Hadisə zamanı Fransanın “Total” neft-qaz konserninin prezidenti Kristof de Marjeri və daha 3 nəfər ölüb.
Apa.az