Azərbaycanın Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun qardaşı Murad Aşurlu bu gün Himalay dağlarında faciləvi şəkildə həlak olub.
Bu haqda Nepal KİV-ləri məlumat verir. Məlumatda deyilir ki, Murad Aşurlu Himaya dağlarında alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam dağlarından enərkən qəzaya uğrayıb.
“Bu gün dağdan enərkən alpinistlərdən biri xəbərsiz itkin düşüb, o, 42 yaşlı azərbaycanlı Murad Aşurludur” – deyə Nepal KİV-ləri xəbər verir.
Bildirilir ki, “7 zirvə” kommersiya ekspedisiya qrupuna daxil olan Aşurlu səkkiz digər iştirakçı ilə birlikdə Ama Dablam dağının zirvəsinə uğurla qalxıb.
Lakin geri qayıdanda faciləli hadisə baş verib. Xəbərdə deyilir ki, Muradın qardaşı, Azərbaycanın Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu təcili Nepala uçub.
Qeyd edək ki, ötən il may ayının 19-da planetin ən yüksək nöqtəsində – Everest zirvəsində (8848 m.) üçüncü dəfə Azərbaycanın bayrağı qaldırılıb. Bu, “7 zirvə” beynəlxalq ekspedisiyanın tərkibində olan həmyerlimiz Murad Aşurluya nəsib olub.