Çikaqoda keçirilən orta müddətli seçkilərə qatılan ABŞ prezidenti Barak Obama gözləmədiyi situasiya ilə qarşılaşıb.
Səsvermə zamanı Ayya Kuper adlı qadınla bir sırada dayanan Obamaya qadının əri yaxınlaşaraq “cənab prezident, mənim sevgilimə toxunmayın, zəhmət olmasa” deyə müraciət edib.
Obama isə zarafat edərək belə bir planının olmadığını, lakin situasiyadan istifadə etmək istədiyini deyərək qadını yanağından öpür. Prezident qadının sevgilisinin indi həqiqətən qısqanacağını əlavə edir.
Ayya Kuper isə sevgilisinin söylədiklərinə görə üzr istəyib.
Qafqazinfo.az