Terrorçular onu Əbu Xalid, ailəsi isə “axmaq” adlandırır.
Terrorçu İŞİD qruplaşmasına məxsus saytlardan birində yaraqlıların tərəfində döyüşən 17 yaşlı avstraliyalı gəncin görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, Abdullah Elmir videogörüntülərdə İŞİD bayrağının Bukinqem sarayı (London), Ağ Evə, Avstraliyaya sancılacağını bəyan edib.
O deyir ki, “qara bayraq hər bir torpaqda dalğalanmayanadək” İŞİD müharibəni dayandırmayacaq.
Qeyd edək ki, Elmir Avstraliyanın Sidney şəhərində yaşayan ailəsini iyunda tərk edib. Evdən çıxarkən, o, anasına balıq tutmağa getdiyini söyləyib. Elmirin ailəsi isə bu yayılan görüntülərə münasibətlərini bir cümlə ilə açıqlayıblar: “O axmaqdır”.