Marketdən alınan kəllə qəndin içərisindən tük və dəmir material çıxıb.
Bu barədə AZXEBER.COM-a oxucular məlumat verib. Onun sözlərinə görə, marketdən aldığı “Oman” markalı qəndin içərinsindən tük və dəmir material çıxıb.
Oxucu qəndin içərisindən çıxanların şəkillərini çəkərək redaksiyamıza yollayıb.
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu cür halların baş verməsinin Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı qanunun olmaması ilə əlaqələndirib:
“Ölkəmizdə qidanın təhlükəsizliyi ilə bağlı qanun yoxdur. Biz təşkilat olaraq dəfələrlə bu qanunun qəbul edilməsi üçün tövsiyyələr vermişik. Ancaq hələ də bununla bağlı əməli bir addım atılmayıb. Çox təəssüflər olsun ki, bu gün ölkəmizdə bir çox əraz məhsullarının hazırlanması və satışı istiqamətində bir çox pozuntular mövcuddur. Biz qida təhlükəsizliyini təmin etmək məqsədi ilə Avropa Birliyi ilə razılaşma əldə etmişik və Qida Təhlükəsizliyi nişanı almışıq. Bu nişanı qida təhlükəsizliyini təmin edən bütün müəssəsələrə veririk”.
AİB sədri qənd və şəkər tozu sahəsində qida təhlükəsizliyi ilə bağlı çoxlu sayda pozuntuların olduğunu da əlavə edib.
http://s016.radikal.ru/i335/1410/fa/df44afb0cdcf.jpg
http://s47.radikal.ru/i115/1410/fc/287286754e91.jpg
http://s003.radikal.ru/i204/1410/0e/3860b7515d7e.jpg
http://s55.radikal.ru/i147/1410/34/886d66f54dcd.jpg
http://s016.radikal.ru/i336/1410/56/5a7a0e60a51c.jpg