Bakıda piyadaların vurulmasını əks etdirən və bir daha sürücüləri ehtiyatlı olmağa sövq edən video-çarx paylaşılıb.
Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu video-materialı Avtosfer.az saytı yayımlayıb.
Videoçarxda nəzərdə tutulmayan yerdən yolu keçmək istəyənlərdən tutmuş sürücü səhlənkarlığına qədər, bir neçə qəza əksini tapıb.
Xatırladaq ki, paytaxt ərazisində ölümlə nəticələnmiş yol qəzalarının əksəriyyətini – 38 faizini məhz piyadavurmalar təşkil edir.