Bu gün Avropa Liqasının qrup mərhələsində III turun növbəti oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan “Qarabağ” klubu növbəti matçına çıxıb.
Ağdam təmsilçisi üçüncü görüşündə Ukraynada “Dnepr”in qonağı olub. İki oyundan sonra hər iki komandanın aktivində 1 xal olması matça olan marağı bir qədər də artırırdı.
Qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xalını 4-ə çatdıran “Qarabağ” turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
Qeyd edək ki, Qurban Qurbanovun komandası Kiyevdəki zəfərlə Azərbaycan futbolunda yeni tarix yazıb. Daha əvvəl – 2012/13 mövsümündə digər komandamız “Neftçi” Avroliqanın qrup mərhələsinə yüksəlsə də, qrupda qələbə qazana bilməmişdi. “Qarabağ” isə Avroliqanın qrupunda qələbə qazanan ilk Azərbaycan klubu oldu.
http://s017.radikal.ru/i401/1410/42/9e033f7c08ad.jpg
http://s04.radikal.ru/i177/1410/3e/b77794cf12a9.jpg
http://s017.radikal.ru/i422/1410/d5/46c30ba16145.jpg
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.