Bu gün Bakı şəhərində zorlanma faktı qeydə alınıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumatda bildirilib.
Verilən məlumatda o da qeyd edilir ki, oktyabrın 24-dən 25-nə keçən gecə bir qadın zorlanıb. Həmçinin məlumatda bildirilir ki, bu ay ərzində Bakı şəhərində 5 zorlama hadisəsi baş verib. Həmin cinayətlərin 2-si açılıb.
Oktyabrın 25-də Bakı şəhər sakini 1991-ci il təvəllüdlü A.Ə. zorlanması ilə bağlı ərizə ilə PB-yə müraciət edib.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, oktyabrın 24-də saat 17:00 radələrində, Q.Qarayev prospekti 28-in qarşısında Rəhman adlı şəxs onu işə düzəltmək adı ilə Vaz 2106 markalı naməlum nömrəli avtomobillə Dərnəgül şossesində yerləşən ünvana apararaq zorlayıb.
Onun əl çantasından 150 manatı və mobil telefonunu götürüb , özünü isə H.Əliyev prospekti 119-un qarşısında avtomobildən düşürüb.