Bu gün Ukraynada “sükut günü”dür. Sabah Ukrayna Ali Radasına növbədənkənar seçkilər keçiriləcək. Seçkilər ölkənin şərqində vətəndaş müharibəsinin getdiyi və iqtisadi göstəricilərin pisləşdiyi məqamda keçirilir. Növbədənkənar seçkilər nəticəsində formalaşacaq parlament ölkəni düşdüyü “böhran quyu”sundan çıxarmaq üçün qanun layihələrini operativ şəkildə qəbul etməlidir. Ukraynanda avrointeqrasiya prosesinin sürətlənməsi, ölkənin şərqindəki separatizm probleminin ləğv edilməsi və iqtisadiyyatın xilas olunmasına dair sistemli qanunların qəbulu yeni formalaşacaq Ali Radanın əsas hədəfləri olacaq.
Amma hər şey seçkilərin nəticəsindən asılıdır. Radadakı 450 deputat kürsüsü uğrunda gərgin mübarizənin aparalacağı artıq indidən aydındır. Modern.az saytı 26 oktyabr tarixli Ali Rada sçekilərində iştirak edən əsas siyasi bloklar və onların şansları barədə informasiyanı təqdim edir.
Pyotr Poroşenkonun Seçki Bloku – Kiyev Beynəlxalq Sosioloji Araşdırmalar mərkəzinin məlumatına görə, seçicilərin 30,4%-i məhz prezident Poroşenkonun seçki blokuna səs verəcək. Seçkilərin əsas favotiti olsa da, Poroşenko blokunda keçmiş Yanukoviç rejiminin korrupsiyaçı məmurlarının və bölgə oliqarxlarının olması müəyyən narazılıq doğurur. Blokda jurnalsitlər və QHT nümayəndələri də daxil olmaqla, bütün sosial zümrələrin namizədləri var. Pyotr Poroşenko Blokunun əsas seçki şüarı sabitlik və inkişafdır.
Oleq Lyaşkonun “Radikal” partiyası – Kiyev Beynəlxalq Sosioloji Araşdırmalar Mərkəzinin məlumatına görə, seçkiilərin 12,9%-nin səsini toplayacaq. Ukraynalı seçicilərin böyük əksəriyytəi Oleq Lyaşkonu qalmaqallı çıxışların müəllifi və oliqraxiyanın düşməni kimi tanıyır. Qalib gələcəyi təqdirdə şərqdə separatizmi yox edəcəyini və əhalinin həyat səviyyəsini yüksəldəcəyini vəd verən Lyaşko seçicilərin əhəmiyyətli hissəsini öz səmimiyyətinə inadıra bilib.
Arseni Yatsenyukun Xalq Cəbhəsi Partiyası – Kiyev Beynəlxalq Sosioloji Araşdırmalar Mərkəzinin məlumatına görə, 10,8% səs toplaycaq. Bu seçki bloku Ali Rada spikeri Aleksandr Turçinov, baş nazir Arseni Yatsenyuk, daxili işlər naziri Arsen Avakov və Dnepropetrovskdan olan oliqarx İqor Kolomoyskinin təmsil olunduğu ambisiyalı siyasi qüvvədir. Hazırki keçid hökumətində aparıcı vəzifələri tutan blok rəhbərləri antirus ritorika və Avropaya inteqrasiyanın qatı tərəfdarları kimi çıxış edirlər. Öz siyasi və iqtisadi islaharlar paketi olan Xalq Cəbhəsi Partiyası vətəndaş cəmiyyətinin bir çox üzvlərini də seçkilərdə öz siyahısında namizəd göstərib.
Andrey Sadovının “Samopomoş” Partiyası – Kiyev Beynəlxalq Sosioloji Araşdırmalar Mərkəzinin məlumatına görə, seçicilərin 8,5%-nin səsini toplayacaq. Ukraynanın Avropa paytaxtı sayılan Lvovun meri Ander Sadovının başçlıq etdiyi partiya digər rəqibləri kimi, Avropa Birliyi ilə assosiativ üzvlük tərəfdarı kimi çıxış edir. Andrey Sadovının ölkədə ən poulyar mer olması və “Samopomoş”un seçki siyahısında 2-ci şəxs olaraq Şərqi Ukraynada separatçıara qarşı uğurlu əməliyyatalar keçirən “Donbas” batalyonun komandiri Semyon Semyonçenkonun olması siyasi qüvvənin güclü tərəflərindəndir.
Yuliya Timoşenkonun “Batkvşina” (“Vətən”) Partiyası – Beynəlxalq Sosioloji Araşdırmalar Mərkəzinin məlumatına görə, seçicilərin 7,5%-nin səsini toplaycaq. Yuliya Timoşenko həbsdən çıxan zaman “Batkvşina” Partiyası ölkədəki əsas siyasi güc sayılırdı. Vaxtı ilə parlament spikeri Aleksandr Turçinovun və sədri olduğu “Dəyişiklik Cəbhəsi” Partiyası ilə “Batkvşina” sıralarına qatılan baş nazir Arseni Yatsenyuk Yuliya Timoşenkonun partiyasına xüsusi çəki verirdilər. Lakin onların partiya sıralarını tərk etməsi ilə “Batkvşina” seçici elektoratının əhəmiyyətli hissəsini itirdi və yalnız Timoşenkonun ən ardıcıl tərəfdarlarını əhatə edən siyasi gücə çevrildi.
Bundan başqa, seçkilərdə “Vətəndaş mövqeyi”, “Müxalifət bloku” və “Güclü Ukrayna” kimi siyasi bloklar və Ukrayna Kommunist Partiyası iştirak edəcək. Lakin onların əsas məqsədi seçkilərdə 5%-lik baryeri aşmaq olacaq.
Seçkilərdəki bütün əsas partiya və bloklar antirus mövqeyi və Ukraynanın Avropa Birliyi ilə assosiativ üzvlük müqaviləsini imzalamsı tərəfdarı kimi çıxış edir. Lakin sosioloji sorğular həm də koalisyon hökumətin qurulacağından xəbər verir. Bütün ekspertlər seçkilərdən sonra dünyanın tamailə yeni Ukrayna ilə qarşılacağını deyirlər.