FaktXeber.com-un “Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, “PEW” Sorğu Mərkəzi 1642 kiber mütəxəssisi ilə əlaqə saxlayaraq, 2025-ci ildə böyük bir kiber hücumun ehtimalı barədə araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki, yaxın onillikdə müxtəlif ölkələrə və şirkətlərə qarşı kiberhücumlar artacaq. Bu hücumlar əsasən 4 sahəni, yəni müdafiə, enerji, maliyyə və nəqliyyat sahələrini əhatə edəcək. Steptoe Johnson müəssisəsinin mütəxəssisi Stewart Baker bununla bağlı deyib: “Biz çoxdandır Çin və Rusiya tərəfindən edilən kiberhücumlara adət etmişik. Ancaq bundan sonra İran, Suriya, Şimali Koreya, sonrakı mərhələdə isə Livan Hizbullahı və Anonymous tərəfindən bizim infrastruktura ediləcək hücumlardan qorxmalıyıq.”
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.