FaktXəbər-in verdiyi məlumata görə, “İraq Şam İslam Dövləti” terror təşkilatının üç üzvü Suriyanın şimalında kürd peşmərgələri ilə döyüşərkən əsir düşüb. “CNN International”ın müxbiri Ivan Watson əsir düşən İŞİD terrorçuları ilə görüşüb. Terrorçuların ortaq olduğu hiss isə peşmanlıqdır.
İŞİD BİZİ ALDATDI…
Süleyman adlı terrorçu, təşkilata ailəsini qorumaq üçün girdiyini və buna məcbur qaldığını deyir. Cizrə bölgəsinə intihar hücumunu reallaşdırmaq istəyən terrorçu, bu hücum üçün 3600 dollar aldığını etiraf edir və bu hücumda qardaşı oğlunun da öldüyünü bildirir. Süleymanın acı etirafı: “İŞİD-çilər İslam və ədalət üçün döyüşdüyünu söyləyirdilər, ancaq bizi aldatdılar. Yoxsulluğumuzdan istifadə etdilər.”
DÖYÜŞƏ GEDƏRKƏN NARKOTİK VERİRDİLƏR..
Digər terrorçunun adı isə Kərimdir və 19 yaşı var. Bir ilə yaxındır ki, İŞİD tərkibində döyüşür və üç dəfə qarınından yaralanıb.
Kərim etiraf edir ki, döyüşdən əvvəl onlara narkotik həblər verirdilər:
“Bu həbləri qəbul etdikdən sonra döyüşə getdikdə ölüm və həyat vecimizə deyildi. Döyüşənlərin çoxu xarici vətəndaşlar idi. Yerli ləhcə ilə ərəbcə danışanların sayı az idi.”
“İşkəncəli ölüm…”
Üçüncü terrorçu isə Cabbar keçmiş ibtidai məktəb müəllimidir və iki uşaq atasıdır. O da digər terrorçulər kimi bir çox əməliyyatlarda iştirak edib. CNN müxbiri Watson Cabbardan “İŞİD məni tutsa nə edər” soruşduqda onun cavabı belə oldu: “İşkəncəli bir ölüm. Başınızı və əllərinizi kəsərlər.”