Rusiyalılar indiki siyasi rejimin alternativinin, Rusiya prezidenti Vladimir Putinin əleyhdarlarının olmadığını görürlər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu sosioloq, “Levada-Mərkəz”in rəhbəri, filosofiya elmləri doktoru Lev Qudkov “Novoe Vremya” jurnalındakı köşəsində azıb. Qudkov qeyd edib ki, rusiyalılar artıq Putini milli qəhrəman kimi görmürlər, o onların nəzərində hərif və aşağılanmış siyasətçidir, onların fikrincə, öz məqsədləri naminə istənilən hüquqi və mənəvi dəyərləri nəzərə almaya bilir: “Əgər yaxın bazar günlərindən birində Rusiyada prezident seçkiləri keçirilərdisə, rusiyalıların 49 faizi Vladimir Putinə səs verərdi. Bu bir ay bundan əvvəlki sorğudakı göstəricidən 8 faiz azdır”.
Bununla belə, Qudkovun fikrincə, rusiyalıların çoxu inanır ki, Putin qədim Rusiya torpaqlarını geri qaytarır. Ancaq əhalinin bir hissəsi tətbiq olunan sanksiyaların zərərini hiss edib və bu vəziyyətdən narahatdırlar: “Bizim araşdırmalarımız nəticəsində ortaya çıxan mənzərəyə uyğun fikir yürütsək görərik ki, insanların əksəriyyəti Rusiyanın güc siyasətinin avantürist nəticələri haqda düşünürlər”.
Bu şəraitdə Putini devirməyin mümkün olub-olmamasına gəldikdə, sosioloqun sözlərinə görə, Putinin güclü rəqibləri və indiki hakimiyyətə alternativ qüvvələr olmayana qədər Rusiyada siyasi rejimin dəyişikliyini gözləmək yersizdir.