Aylardır inşası davam edən və Türkiyədə gərgin müzakirələrə səbəb olan yeni prezident sarayı ilə əlaqədar Almaniya mətbuatında maraqlı məlumatlara yer verilib.
FaktXəbər-in məlumatına görə, “Welt Online” manşet yazısına “Megalomani (özündən razı) Ərdoğan özünə yeni və dəbdəbəli bir sarayı layiq gördü” adını verib.
Xəbər belə başlayır: “Türkiyənin yeni prezidenti rəsmi iqamətgahı üçün uyğun hesab etdiyi anlayış, sultanlar kimi həyata təməlinə söykənir. Ərdoğan Ankarada mübahisəli rəsmi iqamətgahının qapılarını açdı.”
…Və belə davam edir: “Türkiyənin qurucusu Mustafa Kamal Atatürk indiyə qədər prezident iqamətgahı olaraq istifadə edilən Çankaya Köşkünü tikdirmək üçün vaxtı ilə 4 min 500 lirəni bir yerə ancaq toplaya bilmişdi. Hətta ona İstanbul müftisi də camaatdan hədiyyə yığdırdıraraq, dəstək olmuşdu. Beləcə, o zamanlar Ankarada üzüm bağlarının yerləşdiyi təpələrdən biri olan Çankayadakı ərazi satın alınaraq, Türkiyə dövlət başçısının iqamətgahı üçün ayrılmışdı.
Bu gün isə prezident Rəcəb Tayyib Ərdoğanın tez-tez səsləndirdiyi “Yeni Türkiyə”dən anladığı şey indiyə qədər var olan Türkiyədən başqadır. Bunu da müxaliflərin narazılığına baxmayaraq, Atatürkün rəsmi iqamətgahını xor görüb daşındığı yeni dəbdəbəli sarayla bəyan etmiş olur. Türk mətbuatının yazdığına görə, sarayın xərci 700 milyon lirədir (250 milyon avro).
Ərdoğanın tərəfdarları sarayı prezidentlərin gücünü göstərən bir tikili olaraq mənimsəyib qürur duyduqları halda, müxalifləri də eyni şəkildə çaşbaş qalıblar. Hər müxalif qrupun tənqid etdiyi nöqtə ayrıdır. Ekoloqlar 900 hektar meşəlik sahənin yox edilməsinə hirsləniblər, memarlar və hüquqşünaslar Ərdoğanın yeni sarayının bir abadlıq icazəsinin belə olmadığını yorulmadan təkrarlayırlar. İnsan haqları müdafiəçiləri isə Ağ Saraya xərclənən pulun xalq üçün çox daha faydalı şəkildə istifadə edilə biləcəyinə diqqət çəkirlər.
300 min kvadrat metrlik torpağa sahib saray çox mübahisəlidir. Çünki məhkəmələrin tikintini dayandırmaq qərarına baxmayaraq, tamamlandı. Ərdoğan Atatürk dövründə salınan və inşaat qadağası olan meşəlik sahədə abadlıq icazəsi verilməməsinə baxmayaraq tikdirdi sarayını.
Müxaliflər Ərdoğanın sarayının özündən razılığın bir nəticəsi olduğunu bildirirlər. Dövlətin əliylə tamamlanan bir qeyri-qanuni binadan söhbət gedir.
Yeni sarayın xüsusilə də böyüklüyü müzakirə edilir. Çünki tennis kortları, üzgüçülük hovuzları və bağçalarıyla birlikdə ABŞ-dakı Ağ Evi göz önünə gətirin. Ərdoğanın sarayı ondan beş dəfə böyükdür.
Yeni məkanı Ərdoğana dinlənilməsi qeyri-mümkün iclas salonları və otaqları, nüvə hücumuna davamlı idarə məkanları, helikopter meydançası və tavan hündürlüyü 5 metr olan otaqlar təqdim edir.
Bildirilir ki, saray raket hücumuna belə davamlıdır.
Bu sarayla Ərdoğan köhnə Osmanlı sultanlarını və Atatürkü belə kölgədə qoyur.”
Almaniyanın “Spiegel” jurnalı isə yazır ki, sarayda 1000 otaq var və bu saray “Buckingham Palace”, “Èlysèe” Sarayı və Ağ Evdən çox böyükdür.