“Keçmiş SSRİ tarixində heç zaman bu qədər heroin tutulmayıb”.
Rusiyada Moskvaətrafının Kolıçevo kəndində dəyəri 500 milyon dollar olan 174 kiloqramlıq heroin konsentratı tutulub.
Narkotik maddə Şən və Hazırcavablar Klubunun (KVN) Bakını təmsil edən keçmiş iştirakçısından götürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Narkotiklərin dövriyyəsinə nəzarət federal xidmətinin direktoru Viktor İvanov bildirib.
“Narkotik maddə Domodedovo rayonunda, Kolıçevo kəndində Nurimanov İldar adlı bir şəxsdən götürülüb. Bu arada o, kifayət qədər məşhur şəxsdir. O, Bakıdan olan KVN klubunun tanınmış iştirakçısı olub. Onun əmlakından böyük miqdarda heroin götürülüb. SSRİ-nin mövcud olduğu bütün dövr ərzində bu qədər narkotik maddə müsadirə edilməyib”, – deyə, İvanov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, heroin mühafizəçisinin köşkündə olub. Keçmiş KVN-çinin evini Tacikistandan olan iki nəfər mühafizə edirmiş. Ümumilikdə qrupun başçısı da daxil olmaqla, 6 nəfər həbs edilib. İvanovun sözlərinə görə, həmin şəxs kriminal dairələrdə çox məşhurdur. Heroin Rusiyaya Mərkəzi Asiyadan yük maşınları ilə gətirilib və banan yeşiklərində gizlədilibmiş. Qrupun saxlanılması üzrə əməliyyat 2013-cü ilin yanvarından aparılırmış