Ukrayna prezidenti Pyotr Poroşenko Donetsl və Luqans vilayətlərinin separatçıların nəzarətində olan rayonlarında keçirilən seçkiləri Rusiyanın da imzaladığı “Minsk anlaşması”nın kobud pozuntusu kimi qiymətləndirib. Musavat.com-un məlumatına görə, bu barədə prezidentin saytı xəbər verib.
“Bu gün Donbasın bir hissəsində iki terrorçu təşkilatın tank lülələri altında qurduqları fars – dəhşətli hadisədir və əhalinin real iradəsinə heç bir dəxli yoxdur”, – deyə xəbərdə bildirilir.
Poroşenkonun sözlərinə görə, Ukrayna ərazisində Ukrayna vətəndaşlarının səs verdiyi bütün seçkilər müstəsna olaraq Ukrayna qanunları əsasında olmalıdır.
Musavat.com